LANDŞAFTIN YAXŞILAŞDIRILMASI

əlverişli mühit yaratmaq, təsərrüfat, tibb-gigiyena və ya rekreasiya xassələri formalaşdırmaq məqsədilə landşaftın vəziyyətini dəyişdirməyə yönəldilən tədbirlər sistemi. “Yaxşılaşdırma” ifadəsi həm də özündə rekultivasiya, meliorasiya, sağlamlaşdırma və s. kimi kompleks tədbirləri cəmləşdirir.
LANDŞAFTIN UZUNÖMÜRLÜLÜYÜ
LANDŞAFTŞÜNASLIQ
OBASTAN VİKİ
Görüntünün yaxşılaşdırılması
Görüntünün yaxşılaşdırılması - (en. image enhancement ~ ru. улучшение изображения ~ tr. görüntü iyileştirme) – qrafik görüntünün keyfiyyətinin yaxşılaşdırılması prosesi. Kompüterin displeyində görüntünün dəqiqliyinin artırılması qrafik proqramının köməyilə “əl ilə” və ya xüsusi proqram vasitələrinin köməyilə yerinə yetirilə bilər. Görüntünün yaxşılaşdırılması üsulları müxtəlifdir: açıq və tutqun sahələr arasındakı kontrastlığın yaxşılaşdırılması, rənglərin artırılması, verilən görüntü siqnalının süzgəcdən keçirilməsindəki xətaların düzəldilməsi, əyri-üyrü xətlərin hamarlanması, pozulmuş konturun yenidən çəkilməsi, eləcə də optik və ya əksetdirici avadanlığın yaratdığı təhriflərin düzəldilməsi (məsələn, monitorun eninə və hündürlüyünə müxtəlif təsvir miqyasları olduqda dairə oval şəklində görsənir). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Arktik və Antarktik landşaftın torpaqları
Arktik və Antarktik landşaftın torpaqları — Avrasiya materikində Şpitsbergen, Frans-İosif Torpağı, Yeni Torpaq, Novosibirsk adalarında, Taymır yarımadasında, Şimali Amerikada Qrenlandiyanın şimal sahillərində, Şimali Amerikanın şimal arxipelaq adalarında, Antarktida materikinin vahələrində rast gəlinən torpaq tipi. == İqlimi == İqlim şəraiti çox soyuq olub, orta illik temperatur −10°C-dən −14°C-i arasında dəyişir. Yayda orta sutkalıq temperatur +5°C-ni aşmır. Şaxtasız günlər 12–14 gündən çox davam etmir. Arktik zonanın qərb hissəsinin şərqinə nisbətən qışı yumşaqdır. Yağıntıların illik miqdarı Arktikada 130–200 mm arası dəyişir. Antraktidanın vahələrində də az yağıntı düşür. Məsələn, Benqerada ildə 62 mm qar şəklində yağıntı yayda düşür. Antraktida sahil hissələrindəki vahələrində yağıntının miqdarı 300 mm-ə qədər artır. Nisbi rütubətliyin yüksək olması xarakterikdir (90%).
Çəmənlik və Otlaqların Yaxşılaşdırılması (1969)
Çəmənlik və otlaqların yaxşılaşdırılması (film, 1969)